28 iyul 2025, 19:00

Günay Hüseynovadan, Bakı, Azərbaycan

Zati-aliləri.

Qəzet, radio-televiziyada 26 illik fəaliyyətimə verdiyiniz yüksək qiymət üçün Sizə minnətdaram. Qarabağı bizə qaytaran, ölkədə, bölgədə, mediamızda yeni tarixi mərhələnin müəllifi olan Müzəffər Ali Baş Komandanın imzası ilə “Tərəqqi” medalına layiq görülmək böyük qürur, şərəf və məsuliyyətdir. Bu şərəfli yolda Azərbaycan Respublikasına xidmət edirəm və edəcəyəm.

Təşəkkürlər cənab Prezident.

Hörmətlə,

Hüseynova Günay Yelmar qızı.

“Azad Azərbaycan” televiziya kanalının redaktor-aparıcısı.