28 iyul 2025, 15:50

Pərviz İsmayılovdan, Bakı, Azərbaycan

Cənab Prezident.

Azərbaycan milli mətbuatının müasir inkişafı Ulu Öndər Heydər Əliyevin ideyalarından, Sizin milli vətənpərvərliyin gücləndirilməsinə hədəflənən siyasətinizdən bəhrələnir. Çalışdığım “Yeni Azərbaycan” qəzeti də dövlətçiliyimizin qorunması işində daim ön sıralarda olub.

Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə Sizin tərəfinizdən təltif olunmağım mənim üçün fəxr və məsuliyyətdir. Bu etimadı hər zaman doğrultmağa çalışacağam. Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Pərviz Saday oğlu İsmayılov,

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı.

Azərbaycan Respublikası, Bakı şəhəri.