28 iyul 2025, 12:02

Elnar Məmmədlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Milli mətbuatın 150 illik yubileyi münasibətilə imzaladığınız Sərəncamla “Tərəqqi” medalı ilə təltif olunmağım mənim üçün böyük şərəf və məsuliyyətdir. Sizə sonsuz minnətdaram.

Siz bütün dünya azərbaycanlılarının fəxri, böyük Lideri və gələcəyimizə işıq tutan dövlət başçımızsınız. Siz həm Qarabağın, həm də qəlblərimizin Fatehisiniz, Azərbaycanın adını ucaltmış, tarixlərə tarix yazmış Milli Qəhrəmanımızsınız.

Allah Sizi qorusun, cənab Prezident!

Dərin hörmət və ehtiramla,

Elnar Məmmədli

Azərbaycan Televiziyasının əməkdaşı

Azərbaycan Respublikası, Bakı şəhəri.