25 iyul 2025, 18:10
Həqiqət Əsgərzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Milli mətbuatın 150 illik yubileyi münasibətilə məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif etdiyinizə görə Sizə ürəkdən təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Çox şadam ki, Azərbaycan Televiziyasındakı uzunmüddətli fəaliyyətim diqqətdən kənarda qalmayıb.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan xalqının firavanlığı naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.
Hörmətlə,
Həqiqət Əsgərzadə, Xalq artisti.
Azərbaycan Respublikası, Bakı şəhəri.