25 iyul 2025, 15:00
Çarli Deydən, London, Böyük Britaniya
Hörmətli cənab Prezident.
Şuşa Qlobal Media Forumunda çıxış etməyə dəvət olunduğum gün müasir Britaniyanın inkişafında mühüm rolu olmuş böyük liderlərimizin birinin tərcümeyi-halına nəzər saldım. Həmin an mən Sizin ölkəniz üçün gördüyünüz işlər barədə düşündüm. Azərbaycanın inkişafında, respublikanın mühüm nailiyyətlər qazanmasında Sizin mühüm xidmətləriniz vardır.
Ölkənizə səfər etməkdən böyük məmnunluq və şərəf duydum. Gələcəkdə Azərbaycanda yenidən qonaq olmağı səbirsizliklə gözləyirəm.
Dərin hörmətlə,
Çarli Dey,
“The New Forum” media platformasının təsisçisi.
Böyük Britaniya, London şəhəri.