Lalə Əsgərovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Sizin Sərəncamınızla “Tərəqqi” medalı ilə təltif edilən jurnalistlər sırasında olmaqdan böyük şərəf duyuram. Bu, Sizin Azərbaycan mediasına verdiyiniz dəyər, eyni zamanda, hər birimiz üçün böyük məsuliyyət deməkdir. 22 ildir davam edən jurnalistika fəaliyyətimdə hər zaman Azərbaycan Respublikasının maraqlarına xidmət etmək əsas məqsədim olub. Bunu peşə fəaliyyətimdən də qabaq vətəndaş məsuliyyətim bilmişəm.
Cənab Prezident, Sizi əmin edirəm ki, bundan sonra da bu sahədə əlimdən gələni əsirgəməyəcək, informasiya müharibəsinin daha da dərinləşdiyi bir zamanda, dövrün yeni reallıqlarının diktə etdiyi istiqamətdə var gücümlə çalışacağam. Diqqətinizə görə Sizə bir daha təşəkkür edirəm.
Hörmətlə,
Əsgərova Lalə,
Real Təhlil İnformasiya Mərkəzinin baş redaktorunun müavini.
Azərbaycan Respublikası, Bakı şəhəri.