25 iyul 2025, 19:30
İradə Sarıyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin Sərəncamınızla Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə təltif edilən media nümayəndələrindən biri də mənəm. Sadə əməyimə böyük qiymət verib məni "Tərəqqi" medalı ilə təltif etdiniz. Buna görə Sizə sonsuz təşəkkürümü bildirirəm.
Diqqət və qayğınıza, hər zaman media nümayəndələrinin yanında olduğunuza görə Sizə minnətdaram.
Allah Sizi qorusun, cənab Prezident!
Hörmətlə,
İradə Murad qızı Sarıyeva,
“Bakı-Xəbər” qəzetinin əməkdaşı.
Azərbaycan Respublikası, Bakı şəhəri.