Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

24 iyul 2025, 13:54

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli 419 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2025-ci il sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilsin:

1.1. doktorantura səviyyəsi üzrə:

1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 (dörd yüz əlli) manat;

1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 (üç yüz) manat;

1.2. ali təhsil müəssisələrində:

1.2.1. magistratura səviyyəsi üzrə:

1.2.1.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 (iki yüz qırx) manat;

1.2.1.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 (yüz səksən) manat;

1.2.1.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;

1.2.2. bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:

1.2.2.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat;

1.2.2.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;

1.2.2.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

1.3. orta ixtisas təhsili müəssisələrində:

1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat;

1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat;

1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat;

1.4. peşə təhsili müəssisələrində:

1.4.1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 (yüz on) manat;

1.4.2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 (doxsan) manat;

1.4.3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.

2. “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291 (Cild I); 2024, № 4, maddə 390) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənd üzrə:

2.1.1. birinci abzasda “pilləsi” sözü “səviyyəsi” sözü ilə əvəz edilsin;

2.1.2. ikinci abzas 1.1.1-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə “400 (dörd yüz)” sözləri “450 (dörd yüz əlli)” sözləri ilə əvəz edilsin;

2.1.3. üçüncü abzas 1.1.2-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə “240 (iki yüz qırx)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilsin;

2.2. 1.2-ci bənd üzrə:

2.2.1. ikinci və üçüncü abzaslar müvafiq olaraq 1.2.1-ci və 1.2.2-ci yarımbəndlər hesab edilsin;

2.2.2. dördüncü abzas 1.2.2.1-ci abzas hesab olunsun və həmin abzasda “195 (yüz doxsan beş)” sözləri “240 (iki yüz qırx)” sözləri ilə əvəz edilsin;

2.2.3. beşinci abzas 1.2.2.2-ci abzas hesab olunsun və həmin abzasda “160 (yüz altmış)” sözləri “180 (yüz səksən)” sözləri ilə əvəz edilsin;

2.2.4. altıncı abzas 1.2.2.3-cü abzas hesab olunsun və həmin abzasda “110 (yüz on)” sözləri “120 (yüz iyirmi)” sözləri ilə əvəz edilsin;

2.2.5. yeddinci abzas 1.2.3-cü yarımbənd hesab olunsun və həmin yarımbəndə “bakalavriat” sözündən sonra “(əsas (baza ali) tibb təhsili)” sözləri əlavə edilsin;

2.2.6. səkkizinci abzas 1.2.3.1-ci abzas hesab olunsun və həmin abzasda “175 (yüz yetmiş beş)” sözləri “200 (iki yüz)” sözləri ilə əvəz edilsin;

2.2.7. doqquzuncu abzas 1.2.3.2-ci abzas hesab olunsun və həmin abzasda “145 (yüz qırx beş)” sözləri “160 (yüz altmış)” sözləri ilə əvəz edilsin;

2.2.8. onuncu abzas 1.2.3.3-cü abzas hesab olunsun və həmin abzasda “100 (bir yüz)” sözləri “110 (yüz on)” sözləri ilə əvəz edilsin;

2.3. 1.3-cü bənd üzrə:

2.3.1. ikinci abzas 1.3.1-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə “100 (bir yüz)” sözləri “110 (yüz on)” sözləri ilə əvəz edilsin;

2.3.2. üçüncü abzas 1.3.2-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə “80 (səksən)” sözləri “90 (doxsan)” sözləri ilə əvəz edilsin;

2.3.3. dördüncü abzas 1.3.3-cü yarımbənd hesab olunsun və həmin yarımbənddə “66 (altmış altı)” sözləri “70 (yetmiş)” sözləri ilə əvəz edilsin;

2.4. 1.4-cü bənd üzrə:

2.4.1. ikinci abzas 1.4.1-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə “100 (bir yüz)” sözləri “110 (yüz on)” sözləri ilə əvəz edilsin;

2.4.2. üçüncü abzas 1.4.2-ci yarımbənd hesab olunsun və həmin yarımbənddə “80 (səksən)” sözləri “90 (doxsan)” sözləri ilə əvəz edilsin;

2.4.3. dördüncü abzas 1.4.3-cü yarımbənd hesab olunsun və həmin yarımbənddə “66 (altmış altı)” sözləri “70 (yetmiş)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu Sərəncamın 2-ci hissəsi 2025-ci il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2025-ci il

SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
16:05
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...

15 iyul 2026, 16:05
SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
16:03
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 371-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası...

15 iyul 2026, 16:03
SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
16:00
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr...

15 iyul 2026, 16:00
SƏNƏDLƏR Fərmanlar 15 iyul 2026
15:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli...

15 iyul 2026, 15:58
SƏNƏDLƏR Sərəncamlar 15 iyul 2026
15:56
“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və...

15 iyul 2026, 15:56