24 iyul 2025, 18:10
Fikrət Adıgözəlovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Milli mətbuatımızın 150 illik yubileyi münasibətilə məni 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bundan əvvəl Sizin Sərəncamınızla mənə “Əməkdar jurnalist” fəxri adı da verilib. Bütün bunları mətbuat işçilərinə, onların yaradıcılığına göstərdiyiniz diqqətin nümunəsi kimi qəbul edirəm. Bundan sonra da müstəqil dövlətimizə sədaqətlə xidmət edəcəyəm.
Sonsuz hörmətlə,
Fikrət Adıgözəlov
Azərbaycan Televiziyasının şöbə rəisi.
Azərbaycan Respublikası, Bakı şəhəri.