24 iyul 2025, 11:10
Səbuhi Məmmədovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Medianın inkişafında göstərdiyim xidmətlərin yüksək qiymətləndirilməsindən, Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə məni “Tərəqqi” medalı ilə təltif etməyinizdən sonsuz sevinc hissi duydum. Sizə dərin minnətdarlığımı və səmimi təşəkkürümü bildirirəm.
Göstərilən bu yüksək etimad gələcək fəaliyyətimdə məsuliyyətimi daha da artırır və media sahəsində dövlətçiliyimizə ləyaqətlə xidmət etmək əzmimi gücləndirir.
Hörmətli Prezident, Sizə dərin ehtiramımı bildirir, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Səbuhi Məmmədov,
“Xalq qəzeti”nin əməkdaşı.
Azərbaycan Respublikası, Bakı şəhəri.