ASOSAI və ARABOSAI təşkilatlarının Birgə Toplantısının iştirakçılarına

18 iyul 2025, 12:15

Hörmətli Toplantı iştirakçıları!

Sizi – Ali Audit Orqanlarının Asiya Təşkilatına (ASOSAI) və Ali Audit Orqanlarının Ərəb Təşkilatına (ARABOSAI) üzv olan ali audit orqanlarının Azərbaycan Respublikası Hesablama Palatasının ev sahibliyi ilə Bakıda keçirilən Birgə Toplantısının bütün iştirakçılarını səmimi-qəlbdən salamlayır, Toplantının öz işinə başlaması münasibətilə təbrik edir və uğurlar arzulayıram.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2011-ci ildə qəbul edilmiş “Ali audit orqanlarının gücləndirilməsi vasitəsilə dövlət idarəçiliyinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının artırılması haqqında” və 2014-cü ildə qəbul edilmiş “Ali audit orqanları vasitəsilə dövlət idarəetməsinin səmərəliliyinin, cavabdehliyinin, effektivliyinin və şəffaflığının inkişaf etdirilməsi və gücləndirilməsi haqqında” qətnamələri dünya ictimaiyyətinin ali audit orqanlarına inamının artmasında və ictimai resurslardan səmərəli istifadə baxımından onların rolunun daha da yüksəldilməsində müstəsna əhəmiyyətə malikdir.

Toplantıda ASOSAI və ARABOSAI təşkilatlarına üzv olan əksər ali audit orqanlarının rəhbərlər səviyyəsində təmsil olunması, həmçinin Ali Audit Orqanları Beynəlxalq Təşkilatının (INTOSAI) Prezidentlik və Baş Katiblik təmsilçilərinin iştirak etməsi tədbirin yüksək statusunu göstərir.

Belə bir tədbirin ölkəmizdə keçirilməsini dövlət vəsaitlərinin istifadəsi zamanı səmərəliliyin, hesabatlılığın, nəticəliliyin və şəffaflığın artırılmasında Azərbaycanın ali audit orqanının fəaliyyətinin gücləndirilməsi üçün nümayiş etdirdiyimiz səylərin dəstəklənməsi kimi dəyərləndirirəm.

Bu gün iqtisadi, sosial və ekoloji tarazlığa nail olmaq üçün yeni mexanizmlərin tətbiqini, yerli və qlobal maraqların uzlaşdırılmasını, təbii resurslardan səmərəli istifadəni özündə ehtiva edən dayanıqlı inkişaf bəşəri önəm kəsb edir. Həmin çağırışlara effektiv və çevik reaksiya verilməsi qarşımızda məsuliyyət müəyyənləşdirməklə, maliyyə imkanlarının səfərbər olunmasını, onların qorunub saxlanılmasını, həmin resurslardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün nizam-intizamın möhkəmləndirilməsini, dövlət auditi institutlarının daha təkmil olmasını zəruri edir.

Bu baxımdan, dayanıqlı inkişaf və rəqəmsal iqtisadiyyata keçid şəraitində Toplantının hər iki mövzusu üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı müzakirəni təqdirəlayiq hesab edirəm. Belə ki, iqtisadi və sosial inkişafda və qlobal rəqabət mühitində üstünlüklərin əldə edilməsində süni intellekt texnologiyalarının inkişafı vacib rol oynayır. Süni intellekt dövlət idarəçiliyi, iqtisadi, sosial, təhsil, səhiyyə, müdafiə, təhlükəsizlik və digər sahələrə ciddi dəyişikliklər gətirir. Süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün dövlət və özəl sektor arasında əməkdaşlığın, elmi tədqiqatların gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, süni intellektin dövlət auditində tətbiqi auditin müstəqil nəzarət institutu kimi daha da inkişaf etməsinə və audit xidmətlərinin dayanıqlı inkişafına öz töhfəsini verəcək, bu sahədə mütərəqqi dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə geniş imkanlar yaradacaqdır.

Toplantının ikinci mövzusu da olduqca əhəmiyyətlidir. İqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşmaq üçün fəaliyyətin davamlı olması böyük maliyyə vəsaiti tələb edir. Həmin vəsaitlərdən məqsədyönlü istifadənin, eləcə də şəffaflıq və hesabatlılığın təmin edilməsində isə ali audit orqanlarının iştirakı vacibdir. Azərbaycanın bu mövzu üzrə fəaliyyətlərə dəstək verməsi ötən il ölkəmizdə keçirilmiş mötəbər tədbirin – COP29-un timsalında bir daha təsdiq edilmiş oldu.

İnanıram ki, Toplantı iştirakçıları öz ölkələrində qazandıqları müsbət təcrübəyə arxalanaraq və ali audit orqanları arasında işgüzar əlaqələri gücləndirərək, ASOSAI və ARABOSAI təşkilatları arasındakı münasibətlərin daha yüksək səviyyədə bərqərar olmasına, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qətnamələrinin həyata keçirilməsinə nail olacaq və bütövlükdə dövlət auditi orqanlarının gələcək inkişafına dəyərli töhfələr bəxş edəcəklər.

Bir daha sizə xoş arzularımı yetirir və Toplantının işinə uğurlar arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2025-ci il

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 21 oktyabr 2026
19:35
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə edibl...

21 oktyabr 2026, 19:35
SƏNƏDLƏR Sərəncamlar 21 oktyabr 2026
17:00
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xocavənd rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən olan və dünya mədəniyyətinin unikal nümunəsi sayılan Azıx və Tağlar mağara düşərgələrinin tarixi-mədəni irs ob...

21 oktyabr 2026, 17:00
SƏNƏDLƏR Qanunlar 21 oktyabr 2026
16:59
“Azərbaycan Respublikası Hökuməti ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                     

2026-cı il sentyabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə ...

21 oktyabr 2026, 16:59
SƏNƏDLƏR Qanunlar 21 oktyabr 2026
16:58
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası...

21 oktyabr 2026, 16:58
SƏNƏDLƏR Qanunlar 21 oktyabr 2026
16:57
“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                         

2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökumət...

21 oktyabr 2026, 16:57
SƏNƏDLƏR Qanunlar 21 oktyabr 2026
16:56
“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il iyulun 31-də Çolpon-Ata şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında...

21 oktyabr 2026, 16:56
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 21 oktyabr 2026
13:45
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Oktyabrın 21-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların h...

21 oktyabr 2026, 13:45
SƏNƏDLƏR Qanunlar 20 oktyabr 2026
15:51
“Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2026-cı il sentyabrın 1-də Bonn şəhərində və 2026-cı il sentyabrın 2-də Bakı şəhərində imzalanmış “Azərbaycan Res...

20 oktyabr 2026, 15:51
SƏNƏDLƏR Sərəncamlar 20 oktyabr 2026
15:50
Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malikdir.

Ermənistan Respublikası tərəfindən işğal altında saxlanıldığı müddət ərzində bu ərazilərdə bioloji müxtəlifliyə ciddi ziyan vurulmuş, Azərbaycan...

20 oktyabr 2026, 15:50
SƏNƏDLƏR Sərəncamlar 20 oktyabr 2026
15:49
Gəncə Memorial Kompleksinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Gəncə Memorial Kompleksinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıl...

20 oktyabr 2026, 15:49
SƏNƏDLƏR Sərəncamlar 19 oktyabr 2026
14:12
Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                              

Energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

2-ci dərəcəli “Əmək...

19 oktyabr 2026, 14:12
SƏNƏDLƏR Sərəncamlar 19 oktyabr 2026
11:21
A.M.Bayramovun Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                                                     

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edi...

19 oktyabr 2026, 11:21