Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

11 iyul 2025, 11:38

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12, (I kitab) maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli, 18 mart tarixli 158-VIIQD nömrəli, 161-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD nömrəli, 175-VIIQD nömrəli, 1 may tarixli 190-VIIQD nömrəli və 192-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.0.3-cü maddəyə “üçün” sözündən sonra “elektron qaydada” sözləri əlavə edilsin;

1.2. 200.4-cü və 208.3-cü maddələrə “olmayaraq” sözündən sonra “elektron qaydada” sözləri əlavə edilsin.

Maddə 2.Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405 (Cild I); 2024, № 4, maddə 370, № 12 (I kitab) maddə 1279) aşağıdakı məzmunda 10-2-ci maddə əlavə edilsin:

Maddə 10-2. Bələdiyyələrin vahid informasiya sistemi

10-2.1. Yerli büdcələrin gəlirlərinin və xərclərinin uçotunun çevik və effektiv təşkili, vahid və aktual informasiya bazasının yaradılması məqsədilə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq bələdiyyələrin vahid informasiya sistemi yaradılır.

10-2.2. Bələdiyyələrin vahid informasiya sistemi dövlət informasiya sistemidir.

10-2.3. Bələdiyyələrin vahid informasiya sistemindən sorğu əsasında əldə edilən və həmin informasiya sisteminə ötürülən məlumatların dairəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

Maddə 3. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 690 (Cild I); 2025, № 1, maddə 6) 8-ci maddəsinin 2-ci hissəsinin ikinci – beşinci abzasları müvafiq olaraq üçüncü – altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Bələdiyyələrin vahid informasiya sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi üçün zəruri xərclər həmin sistemin əsasnaməsi ilə müəyyən edilmiş həcmdə yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilir.”.

Maddə 4. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 520 (Cild I); Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD nömrəli Qanunu) 18.11-ci maddəsinə “onlara” sözündən sonra “elektron qaydada” sözləri əlavə edilsin.

Maddə 5. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (I kitab), maddə 155, (Cild I) 6.0.3-cü maddəsinə “üçün” sözündən sonra “elektron qaydada” sözləri əlavə edilsin.

Maddə 6. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 537 (Cild I) ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”nin 3.2.1-ci maddəsinə “onlara” sözündən sonra “elektron qaydada” sözləri əlavə edilsin.

Maddə 7. 2027-ci il yanvarın 1-dək bələdiyyələr tərəfindən vergi ödəyicilərinə verginin ödənilməsi barədə tədiyə bildirişi elektron və kağız formada təqdim edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2025-ci il

SƏNƏDLƏR Sərəncamlar 15 dekabr 2025
15:00
20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-ci il 2 oktyabr tarixli iclasında 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının (FIFA U-20 World Cup) 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi...

15 dekabr 2025, 15:00
SƏNƏDLƏR Fərmanlar 15 dekabr 2025
14:24
“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti...

15 dekabr 2025, 14:24
SƏNƏDLƏR Fərmanlar 15 dekabr 2025
14:23
“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti...

15 dekabr 2025, 14:23
SƏNƏDLƏR Fərmanlar 15 dekabr 2025
14:22
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan...

15 dekabr 2025, 14:22
SƏNƏDLƏR Fərmanlar 15 dekabr 2025
14:21
“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il oktyabrın 21-də Astana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan...

15 dekabr 2025, 14:21
SƏNƏDLƏR Fərmanlar 15 dekabr 2025
14:20
“Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik...

15 dekabr 2025, 14:20
SƏNƏDLƏR Qanunlar 15 dekabr 2025
14:19
“Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad...

15 dekabr 2025, 14:19
SƏNƏDLƏR Qanunlar 15 dekabr 2025
14:18
“Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası...

15 dekabr 2025, 14:18
SƏNƏDLƏR Qanunlar 15 dekabr 2025
14:17
“Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il sentyabrın 19-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

15 dekabr 2025, 14:17