08 iyul 2025, 18:26

Lətafət Allahverdiyevadan, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizin inkişafı, xalqımızın rifahı və təhlükəsizliyinin təmin olunması istiqamətində atdığınız qətiyyətli və prinsipial addımlar, həyata keçirdiyiniz mühüm islahatlar hər bir Azərbaycan vətəndaşı kimi məni də dərin qürur və iftixar hissi ilə sevindirir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bu gün regional gücə çevrilmiş, sabitlik və tərəqqi yolu ilə əminliklə irəliləyən nüfuzlu bir dövlət olmuşdur.

İctimai həyatın bütün sahələrində həyata keçirilən islahatlar, göstərdiyiniz diqqət və qayğı ölkəmizin sabit, dayanıqlı və gələcəyə inamla addımlayan bir dövlətə çevrilməsinə mühüm töhfə verir.

Sizə bu məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycanımızın daha da qüdrətlənməsi və tərəqqisi naminə göstərdiyiniz səylərdə davamlı nailiyyətlər arzulayırıq. Biz müəllim olaraq fəxrlə deyirik ki, uzaqgörən, müdrik və humanist Prezidentin rəhbərlik etdiyi ölkənin vətəndaşıyıq. Vətənimizlə, Prezidentimizlə qürur duyuruq və gələcəyə böyük ümidlə baxırıq.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Allahverdiyeva Lətafət Xıdır qızı.

Azərbaycan Respublikası, Naftalan şəhəri.