Rauf Qürbətovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Davamlı sosial-iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən Azərbaycan bu gün özünün müəyyən edilmiş hədəflərinə doğru inamla irəliləyir.
Sizin sayənizdə xalqımızın güzəranı ildən-ilə yaxşılaşır. Siz vətəndaşlarımızın yaxşı yaşaması üçün böyük işlər görürsünüz. Xalqımız, o cümlədən cəlilabadlılar daim Sizə minnətdardır.
Rayonumuzda aparılan abadlıq işləri, küçələrin işıqlandırılması, yolların asfaltlanması sakinlərin sevincinə səbəb olur, onlarda böyük ruh yüksəkliyi yaradır.
Azərbaycanın davamlı inkişafı və ölkəmiz üçün taleyüklü məsələlərin həllində bütün rayon sakinləri adından Sizə uğurlar, möhkəm cansağlığı arzulayırıq.
Dərin hörmətlə,
Qürbətov Rauf.
Azərbaycan Respublikası, Cəlilabad rayonu.