Azərbaycan və Özbəkistan prezidentləri “Sea Breeze” istirahət mərkəzində olublar

02 iyul 2025, 20:30
Azərbaycan və Özbəkistan prezidentləri “Sea Breeze” istirahət mərkəzində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Xəzər dənizinin sahilində yerləşən “Sea Breeze” istirahət mərkəzində olublar.

“Sea Breeze”in təsisçisi Emin Ağalarov Azərbaycanın və Özbəkistanın dövlət başçılarına kurort ərazisində həyata keçirilən və qarşıdakı dövr üçün planlaşdırılan layihələr barədə məlumat verib.

Hazırda 500 hektar ərazini əhatə edən “Sea Breeze”də indiyədək 3 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Ötən dövr ərzində kompleksin ərazisində 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. Ərazidə artıq 20 min sakin yaşayır və 2028-ci ilə qədər onların sayı 50 mindən çox olacaq. Bütövlükdə layihə tam başa çatdırıldıqdan sonra burada 500 min sakin yaşayacaq. Bundan başqa, ümumilikdə, 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub.

İstirahət zonaları, parklar və çimərliklər üçün artıq 150 hektardan çox ərazi ayrılıb. Kurort-şəhərdə sakinlər və qonaqlar üçün rahat şəraitin yaradılması, eləcə də onların asudə vaxtının səmərəli təşkili məqsədilə zəruri infrastruktur qurulub, məktəb, uşaq bağçası, xəstəxana tikilib. Aparılan abadlıq işləri çərçivəsində təxminən 10 milyon bitki və ağac əkilib, nəticədə yaşıllıq sahələrinin ümumi ərazisi 300 hektara çatıb.

Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən və müxtəlif formatda çoxsaylı daşınmaz əmlak obyektlərini bir araya gətirən “Sea Breeze” dünya miqyasında nadir layihə hesab olunur. Onun əsas layihələri sahilboyu yerləşir.

Hazırda “Sea Breeze” ərazisində 6560 nəfər işlə təmin olunub, gələcəkdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Layihəyə qoyulan ümumi investisiyanın həcmi artıq 3 milyard ABŞ dollarına çatıb, növbəti beş ildə isə 10 milyard dollardan çox sərmayə cəlb olunması nəzərdə tutulur. Qeyd edək ki, ərazidə məşhur özbək brendi olan “The Choyxona” restoranı da fəaliyyət göstərir.

Həmçinin Emin Ağalarov Çarvak su anbarında həyata keçiriləcək “Sea Breeze Uzbekistan” layihəsinin yenilənmiş master-plan konsepsiyasını təqdim edib.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 10 avqust 2026
13:23
M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                         

Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika...

10 avqust 2026, 13:23
SƏNƏDLƏR Sərəncamlar 10 avqust 2026
13:22
V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq...

10 avqust 2026, 13:22