Fidan Adıgözəlovadan, Naftalan, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizin müdrik rəhbərliyiniz, milli maraqlara əsaslanan daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edərək suveren və güclü dövlət kimi surətlə inkişaf edir.
5 il əvvəl Sizin rəhbərliyiniz, igid əsgər və zabitlərinizin misilsiz qəhrəmanlığı sayəsində tarixi torpaqlarımız işğaldan azad olundu. Bu tarixi zəfərimiz xalqımızın mübarizliyini və birliyini bir daha sübut etdi. Qəhrəman xalq kimi adımızı əbədi olaraq tarixə yazdı.
Bu qələbə uğrunda igid oğullarımız şəhid oldu, bir çoxu sağlamlığını itirdi. Siz hər zaman şəhid ailələrinin, qazilərin, onların övladlarının yanında oldunuz, maddi və mənəvi dəstəyinizi əsirgəmədiniz.
Bu yanaşma həm də xalq-dövlət birliyinin nə qədər möhkəm əsaslar üzərində qurulduğunu nümayiş etdirdi. Qəhrəman Prezidentimlə və azad Vətənimlə fəxr edib, qürur duyaraq şəhid ailəsi kimi övladımı qürurla böyüdürəm.
Uca Allah Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Adıgözəlova Fidan, şəhid ailəsi
Azərbaycan Respublikası, Naftalan şəhəri.