Xocalı

22 iyun 2025, 13:00
Xocalı

Xocalı rayonu tarixi əhəmiyyətinə görə Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Rayonun ərazisi qədim memarlıq və mədəniyyət abidələri ilə zəngindir. Nümunə kimi Xocalı şəhərindəki Son tunc-İlk dəmir dövrünə aid Xocalı kurqanlarını, XIV əsrə aid Hacı Əli günbəzini, XVIII əsrdə tikilmiş Əsgəran qalasını, müxtəlif dövrlərə aid alban - xristian abidələrini və onlarca başqa maddi-mədəni irs nümunələrini göstərmək olar.

Xocalı Ağdam şəhəri ilə Xankəndi şəhəri arasında Qarabağ silsiləsində, əsasən dağlıq ərazilərdə yerləşir.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri Xocalını işğal etmiş, Azərbaycan əhalisinə qarşı görünməmiş soyqırım törətmiş, minlərlə azərbaycanlını kütləvi şəkildə qətlə yetirmiş və əsir götürmüş, şəhəri yerlə-yeksan etmişlər.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunmuş və Xocalı şəhəri işğaldan azad edilmişdir. Məhz bu gün - 20 sentyabr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Xocalı şəhəri günü kimi qeyd edilir.

2024-cü il mayın 28-dən etibarən Xocalıya keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir.

Tarixi Qələbədən sonra oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmışdır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalının bir sıra kənd və qəsəbələrinə səfər etmiş və yaşayış məntəqələrinin ərazisinə baxış keçirmişlər.

2024-cü il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Dövlət başçısı Azərbaycan Respublikasının Müstəqillik Günündə ənənəvi olaraq işğaldan azad edilmiş ərazilərə qayıdan əhali ilə görüşləri çərçivəsində Xocalı şəhərində məskunlaşmış sakinlərlə də görüşmüş, burada 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olmuşdur.

İşğaldan azad olunmuş digər şəhər və rayonlarda olduğu kimi, Xocalı şəhərində də genişmiqyaslı quruculuq və bərpa işləri sürətlə davam etdirilir. Şəhərin müasir tələblərə uyğun şəkildə yenidən qurulması, dayanıqlı infrastrukturun yaradılması, sosial obyektlərin – təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin inşası, eləcə də müasir yaşayış məntəqələrinin salınması istiqamətində mühüm layihələr icra olunmaqdadır. Prezident İlham Əliyev “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, habelə “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin, Daşbulaq kəndindəki kərpic zavodunun,  Ballıca kəndindəki “Accurate Az” MMC-nin ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsinin açılış mərasimlərində iştirak etmişdir. Bundan əlavə, Xocalı şəhərində 1 saylı tam orta məktəbin və uşaq bağçasının təmir-bərpası həyata keçirilmiş və istifadəyə verilmişdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 08 iyun 2026
17:20
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” 2015-ci il 23 iyul tarixli 571 nömrəli, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 2019-cu il 27 iyun tarixli 759 nömrəli və “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 23 dekabr tarixli 897 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

08 iyun 2026, 17:20