Elnur Əliyevdən, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin qədim Gəncə şəhərinə diqqət və qayğınız nəticəsində şəhərimiz günü-gündən inkişaf edir, yeni müasir görkəm alır. Son illər ərzində şəhər infrastrukturunun, yol-nəqliyyat sisteminin yenilənməsi, tarixi binaların bərpası və digər layihələrin icrası Gəncə sakinlərində xoş ovqat yaratmışdır. Hazırda Gəncənin müxtəlif yerlərində küçələrin asfaltlanması, binaların dam örtüyünün dəyişdirilməsi və bu kimi geniş miqyasda abadlıq-quruculuq işləri həyata keçirilir.
Mən Birinci Qarabağ müharibəsi veteranıyam. Gəncə şəhərində yaşayıram. Sizin tapşırığınızla müharibə veteranları, şəhid ailələri böyük diqqət və qayğı ilə əhatə olunub. Mənim övladım Rəsul Əliyev də bu qayğıdan yaralanır.
Buna görə Sizə ailəmiz adından, həmçinin qədim Gəncəmizə göstərdiyiniz diqqət və qayğıya görə də bütün gəncəlilər adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Hörmətlə,
Əliyev Elnur Vaqif oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri