Bayram Kərimovdan, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident,
Azərbaycanda müharibə əlillərinə, qazi və şəhid ailələrinə dövlət qayğısı Sizin sayənizdə ciddi bir ənənəyə çevrilib.
Mən də Qarabağ müharibəsinin iştirakçısı kimi daim dövlətimizin qayğısı ilə əhatə olunmuşam. Buna görə Sizə ürəkdən təşəkkür edirəm.
Müharibədən qayıtdıqdan sonra mənim ən böyük arzum ailəmi layiqli şəkildə dolandırmaq və cəmiyyətə yenidən inteqrasiya olmaq idi. Bu arzularımı həyata keçirmək üçün mənə Gəncə şəhərində qeyri-yaşayış binasının tikintisi məqsədilə torpaq sahəsinin icarəyə verilməsi çox böyük bir imkan oldu və ailə üzvlərimin, o cümlədən mənim sevincimə səbəb oldu. Bu, mənim üçün yeni bir başlanğıcdır.
Sizə ailə üzvlərimin adından təşəkkür edir, daim yanınızda və hər bir əmrinizə hazır olduğumu bildirirəm.
Hörmətlə,
Kərimov Bayram Yaşar oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri