Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdaridən

18 iyun 2025, 14:18

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Pakistan və Azərbaycan qarşılıqlı hörmət, etimad, sülh və firavanlıqla bağlı ortaq baxışa əsaslanan yaxın qardaşlıq münasibətlərinə malikdir. Son bir neçə il ərzində ikitərəfli əlaqələrimizin tez-tez həyata keçirilən yüksəksəviyyəli səfərlərlə və qarşılıqlı maraq doğuran bütün sahələrdə səmərəli əməkdaşlıqla xeyli dərinləşməsi böyük məmnunluq doğurur.

Tərəfdaşlığımızdakı bu güclü inkişaf tempinin xalqlarımıza uzunmüddətli mənfəətlər verməyə davam edəcəyinə əminəm. Pakistan regional bağlılıq, iqtisadi artım və strateji əməkdaşlıq kimi ortaq məqsədlərimizə nail olmaq üçün Azərbaycanla yaxından işləməyə qətiyyətlə sadiq qalır.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıqla bağlı ən səmimi arzularımı çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Asif Əli Zərdari

Pakistan İslam Respublikasının Prezidenti

SƏNƏDLƏR Məktublar 06 noyabr 2026
13:05
Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...

06 noyabr 2026, 13:05