12 iyun 2025, 17:00

Ceyhun Topçubaşovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Atam - akademik Mustafa Ağabəy oğlu Topçubaşovun Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə imzaladığınız Sərəncam Topçubaşovlar ailəsinin üzvlərini hədsiz dərəcədə sevindirdi.

Bu sərəncam akademik Mustafa Topçubaşovun həyat və fəaliyyətinə vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən diqqətin hazırda da böyük ehtiramla davam etdirildiyinin bariz göstəricisidir. Sərəncamda qeyd edilən dəyərli fikirlər atamın səhiyyə tariximizdəki fəaliyyətinə verilən ən yüksək qiymətdir .

Bir daha bu mühüm Sərəncamla bağlı Topçubaşovlar ailəsi adından öz dərin təşəkkürümü bildirir, Sizə və ailə üzvlərinizə cansağlığı və rifah dolu günlər arzu edirik.

Dərin hörmətlə,

Topçubaşov Ceyhun Mustafa oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu