Rəhilə Adıgözəlovadan, Naftalan, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması Azərbaycan tarixinin ən böyük nailiyyətidir. Qarabağda aparılan bərpa və quruculuq işləri isə hər bir azərbaycanlıda qürur və vətənpərvərlik hisslərini daha da gücləndirir, dövlətinə olan inamı artırır.
Sizin güclü siyasi iradəniz və uzaqgörən Liderliyiniz, Vətənə sonsuz sevginiz nəticəsində Qarabağ torpaqları dirçəlir, şəhər və kəndlərimiz yenidən qurulur, azad olunan torpaqlarda həyat yenidən canlanır.
Biz şəhid anaları bu gün işğaldan azad olunmuş müqəddəs torpaqlarımıza böyük qürur və fəxarət hissi ilə səfər edirik. Bu səfərlər bizim üçün təkcə bir ziyarət deyil, həm də övladlarımızın qanı ilə azad edilmiş torpaqlarda dövlətimizin gücünü və xalqımızın birliyini dərindən hiss etdiyimiz mənəvi bir missiyadır.
Hər qarışı şəhidlərimizin qanı ilə yoğrulmuş bu torpaqlara ayaq basmaq nə qədər çətin olsa da bu bizə həm qürur, həm də təsəlli verir. Sizin rəhbərliyiniz altında Azərbaycanın sabaha daha inamla irəlilədiyini görmək bizə sonsuz qürur və sevinc bəxş edir.
Uca Allah Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Adıgözəlova Rəhilə, şəhid anası
Azərbaycan Respublikası, Naftalan şəhəri.