10 iyun 2025, 13:35

Vaqif Behbudovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən əslən Xocalı şəhərindənəm. Atam Xocalının ilk şəhid polis əməkdaşlarından biri olub. Nənəm və bibilərim, eləcə də digər yaxınlarım Xocalı faciəsinin qurbanlarıdır.

Köçkün və şəhid ailəsinin üzvü kimi hər zaman Sizin və Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunmuşuq. Dünyanın heç bir ölkəsində şəhid ailəsinə bu qədər diqqət və qayğı göstərilmir. Bu qayğını Sizin yürütdüyünüz uğurlu sosial siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Şəhid ailələrinin hər birinə göstərilən diqqət və qayğı bizlərdə qürur, fərəh hissləri yaradır.

Cənab Prezident, əhatə olunduğumuz qayğıya görə minnətdarlığımızı bildirir, Sizə cansağlığı və daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Behbudov Vaqif, şəhid oğlu, Xocalıdan məcburi köçkün

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.