11 iyun 2025, 13:00

Vüsal Abdullazadədən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizə Azərbaycanda idmanın inkişafına, xüsusilə karate idman növünə göstərdiyiniz yüksək diqqət və ardıcıl qayğıya görə səmimi təşəkkürümü ifadə etmək istərdim.

Sizin idmana verdiyiniz xüsusi önəm nəticəsində ölkəmizdə gənclərimiz sağlam həyat tərzinə yönəlir, beynəlxalq arenalarda uğurla təmsil olunurlar. Karate idman növünə olan bu dövlət qayğısı da öz bəhrəsini verməkdədir.

Məhz bu diqqət və qayğının nəticəsidir ki, ənənəvi karate üslubu Fudokan üzrə Azərbaycan milli komandası bu yaxınlarda Polşanın Pulavi şəhərində keçirilən dünya çempionatı və kubokunda uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil etmişdir. İdmançılarımızın əldə etdiyi nailiyyətlər təkcə idman qələbəsi deyil, həm də dövlətimizin idmana ayırdığı diqqətin parlaq göstəricisidir.

Bu uğurların qazanılmasında dövlətimizin idmana göstərdiyi davamlı dəstək, yaradılan şərait və infrastruktur mühüm rol oynayır. Bu qayğı və təşkilati dəstək idmançılarımıza stimul verməklə yanaşı, yeni nəsil idmançıların yetişməsinə də güclü təkan verir.

Sizə göstərdiyiniz bu yüksək diqqət və dəstəyə görə bir daha dərin minnətdarlığımı bildirir, Azərbaycan idmanının daha böyük uğurlar qazanması yolunda Sizə möhkəm cansağlığı və davamlı uğurlar arzulayıram.

Hörmətlə,

Abdullazadə Vüsal, Dünya Fudokan Karate Federrasiyasının Azərbaycan üzrə nümayəndəsi

Azərbaycan Respublikası, Bakı şəhəri.