10 iyun 2025, 11:45

Samir Mustafayevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin son beş ildə gördüyünüz işlər insanda heyrət yaradır, bu hissləri sözlə ifadə etmək mümkün deyildir.

Mən daim doğma yurdum olan, lakin doğulub, böyümədiyim Kəlbəcər rayonunun nə zamansa, işğaldan azad olunacağı günü xəyal edirdim. Siz bizim xəyallarımızı gerçəkləşdirdiniz. Siz uğurlu siyasətiniz nəticəsində Kəlbəcəri bir imza ilə azad etdiniz.

Sizin bugünkü nüfuzunuz, diplomatik uğurlarınız və səbriniz qarşısında ölkəmizə daş atmaq niyyətində olanlar aciz qalırlar. Biz də bir vətəndaş olaraq Sizinlə qürur duyur, varlığınız üçün, ölkəmizin taleyinə Sizin kimi bir Prezident qismət etdiyinə görə Uca Tanrıya şükür edirik.

Möhtərəm cənab Prezident, işğaldan azad olunan Kəlbəcər rayon sakini, eyni zamanda, gənc şair kimi Sizə, qardaş Türkiyəyə və şəhidlərimizə daim minnətdaram. Bir şair kimi yazdığım son şeirlərin hər biri Sizin xalqımıza bəxş etdiyiniz o sevincli, tarixi anların sayəsində yaranıb.

Cənab Prezident, Sizə bizə yaşatdığınız fəxr, qürur, sevinc hisslərinə görə ailə üzvlərimin adından bir daha təşəkkür edir, sağlıqlı ömür, ölkəmizin gündən-günə inkişafı yolunda atdığınız hər addımın zəfərlərlə sonlanmasını arzu edirəm.

Tanrı Sizi qorusun.

Nurunuz hər zaman xalqımızın üzərində olsun.

Hörmətlə,

Mustafayev Samir,

Kəlbəcər rayonundan keçmiş məcburi köçkün, gənc şair.

Azərbaycan Respublikası, Gəncə şəhəri.