Kəmalə Süleymanlıdan, İsmayıllı, Azərbaycan
Möhtərəm, cənab Prezident!
Azərbaycanın Sizin sayənizdə bütün sahələrdə sürətli inkişafa nail olduğu hamıya məlumdur. Qarabağda gedən çox böyük tikinti, quruculuq, abadlıq işləri, regionlarin sosial-iqtisadi və mədəni inkişafi sahəsində həyata keçirilən yeni layihələrin uğurla tamamlanması bizi hədsiz sevindirir.
Bir neçə gün bündan əvvəl rayonumuzda reallaşan layihələr İsmayıllının yüksəlişlər ünvanını zənginləşdirməklə gözəlliyinə yeni gözəlliklər də qatdi.
Müasir tələblərə uyğun inşa və təchiz edilmiş "Talıstan" liseyi İsmayıllıda təhsilin inlişafına dəyərli töhfə verəcəkdir. Çoxsaylı işçilərin çalışacağı Coca-Cola zavodu isə İsmayıllının sənaye ünvanını xeyli zənginləşdirdi.
Paytaxdan rayonumuza gələn yolda aparılan böyük işlər, xüsusilə respublikada analoqu olmayan asma korpü, yolumuzu xeyli qısaldacaq və rahatladacaq tunel, eyni zamanda, rayonumuzun turizm potensialının artmasına da böyük töhfə verəcəkdir.
Yollarınız daim aydın, abad və işıqlı olsun, cənab Prezidentim!
Müstəqil dövlətimizin günü-gündən inkişaf edərək dünya dövlətləri sırasında öz layiqli yerini daha da möhkəmləndirilməsində Sizə İsmayıllı qadınlarının adından uğurlar arzulayır, bir daha minnətdarlığımızı, məmnunluğumuzu ifadə edirik.
Dərin hörmət və ehtiramla,
Süleymanlı Kəmalə, İsmayilli Dövlət Humanitar və texnologiya kollecinin direktoru,
dosent
Azərbaycan Respublikası, İsmayıllı rayonu