05 iyun 2025, 13:03

Şahməmməd Soltanovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm, cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi siyasətin bu gün Sizin tərəfinizdən uğurla davam etdirilməsinə görə qürur duyuruq.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasi, dövlətimizin, eləcə də bölgələrimizin gündəlik inkişafi istiqamətində gördüyünüz işlərin miqyasi ölçüyəgəlməzdir. Yüksəlişimizi təsdiqləyən işlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.

Biz - "İsmayıllı Yazarları" Ədəbi-İctimai Birliyinin üzvləri də rəhbərliyiniz altında görülən tarixi işləri ürəkdən bəyənir, yüksək qiymətləndirilir, ölkənin sürətli tərəqqisini vəsf etməyə can atırıq.

Azərbaycanın mirvarisi olan İsmayıllıda gedən tikinti-quruculuq işlərinə, ölkənin hər bir vətəndaşına göstərdiyiniz diqqət və qayğıya görə Sizə sonsuz minnətdarlıq hissi ilə təşəkkürümüzü bildiririk.

Sizə möhkəm cansağlığı, çətin və şərəfli işinizdə daim uğur, qələbə arzulayırıq.

Sizinlə fəxr edirik!

Uca Rəbbimiz Sizi, ailənizi, sevdiklərinizi qorusun!

Hörmətlə,

Soltanov Şahməmməd Nurulla oğlu (Şahməmməd Dağlaroğlu), Azərbaycan Yazıçılar Birliyinin üzvü, "İsmayıllı Yazarları” Ədəbi-İctimai Birliyinin sədri

Azərbaycan Respublikası, İsmayıllı rayonu