03 iyun 2025, 15:44

Sahib Ağayevdən, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyiniz altında doğma Azərbaycanımızın gündən-günə inkişaf etməsi, torpaqlarımızın erməni işğalından azad olunması və Qarabağımızın yenidən dirçəldilməsi hər birimizin qəlbində böyük qürur hissləri oyadır. Azad edilmiş torpaqlarda böyük sürətlə inşa edilən qəsəbə və şəhərlər, müasir standartlara cavab verən ev və digər infrastruktur binaları Azərbaycanın güclü dövlət olduğunu bir daha sübut etmişdir.

Düşmən tapdağından azad edilmiş torpaqlarda qayıtmış digər sakinlər kimi biz - Ağdam rayon Kəngərli kənd sakinləri də bizim üçün inşa edilmiş evlərdən və yaradılmış şəraitdən razıyıq və bu torpaqlarda yaşamağımızdan qürur duyuruq.

Bizə göstərilən qayğıya görə Sizə çox minnətdarıq.

Hörmətlə,

Ağayev Sahib Yusif oğlu

Azərbaycan Respublikası, Ağdam rayonu, Kəngərli kəndi