03 iyun 2025, 18:00

Ülvi Osmanlı və başqalarından, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz – İsmayıllı rayonunun gənc müəllimləri Sizin ölkəmizdə təhsil sahəsinə göstərdiyiniz yüksək diqqət və qayğının nəticəsi kimi rayonumuzda fəaliyyətə başlayan “Talıstan” liseyinin açılışını böyük sevinc və qürurla qarşıladıq. Bu liseyin yaradılması təhsilimizin keyfiyyətini artırmaq, gənc nəslin müasir tələblərə üyğun bilik və bacarıqlar qazanması üçün yeni imkanlar açır. Eyni zamanda bu təşəbbüs biz müəllimlərin peşəkar inkişafına təkan verməklə, gənc nəslin daha savadlı və vətənpərvər vətəndaşlar kimi yetişdirilməsinə mühüm töhfədir.

Biz inanırıq ki, “Talıstan” liseyi yalnız İsmayıllı rayonunun deyil, ümumilikdə ölkəmizin təhsil sistemində mühüm yer tutacaq, burada yetişən gənclər Azərbaycanın intellektual potensialının güclənməsinə və beynəlxalq aləmdə rəqabət qabiliyyətli bir gəncliyin formalaşmasına xidmət edəcəkdir. Biz bu etimadı doğrultmaq üçün var gücümüzlə çalışacağımıza söz verir, təhsilə göstərdiyiniz davamlı dəstəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, Azərbaycanımızın inkişafı və tərəqqisi naminə fəaliyyətinizdə daim uğurlar diləyirik.

Hörmətlə,

Ülvi Osmanlı,

Gözəl Nəbiyeva,

Qönçə İbrahimova,

Nişanə Orucova.

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.