Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VIIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 293.12-ci, 294-3.2-ci, 294-3.3-cü, 295.6-cı, 403-1.1.1-ci, 403-1.1.2-ci və 403-1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Məcəllənin 293.12-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.3. həmin Məcəllənin 539.1-1-ci və 539.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
1.4. həmin Məcəllənin 555.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
1.5. həmin Məcəllənin 295.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur;
1.6. həmin Məcəllənin 403-1.1.1-ci, 403-1.1.2-ci və 403-1.2-ci maddələrində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:
1.6.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;
1.6.2. kommersiya hüquqi şəxslərinə və xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;
1.6.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;
1.7. həmin Məcəllənin 294-3.2-ci və 294-3.3-cü maddələrində “orqan (qurum)” dedikdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.2-ci və 279.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 178-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 355 nömrəli, 1 aprel tarixli 358 nömrəli və 17 aprel tarixli 371 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4-cü hissə üzrə:
3.1.1. 4.1-ci bəndə “275.2,” rəqəmlərindən sonra “293.12, 294-3.2, 294-3.3, 295.6,” rəqəmləri, “395.1-1,” rəqəmlərindən sonra “403-1.1.1, 403-1.1.2, 403-1.2,” rəqəmləri əlavə edilsin;
3.1.2. 4.3-1-ci bəndə “307.4-cü” sözlərindən əvvəl “293.12-ci,” sözləri əlavə edilsin;
3.1.3. 4.10-cu bənddə “, 295.6-cı və 295.7-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;
3.1.4. aşağıdakı məzmunda 4.10-1-ci bənd əlavə edilsin:
“4.10-1. həmin Məcəllənin 295.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur;”;
3.1.5. 4.11-ci bənddə “88.1.4 və 293.6-cı maddələrində” sözləri “88.1.4-cü maddəsində” sözləri ilə əvəz edilsin;
3.1.6. 4.20-ci bəndə “539.2” rəqəmlərindən sonra “, 539.3” rəqəmləri əlavə edilsin;
3.1.7. aşağıdakı məzmunda 4.26-1-ci və 4.31-2-ci bəndlər əlavə edilsin:
“4.26-1. həmin Məcəllənin 294-3.2 və 294-3.3-cü maddələrində “orqan (qurum)” dedikdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti nəzərdə tutulur;”;
“4.31-2. həmin Məcəllənin 403-1.1.1, 403-1.1.2 və 403-1.2-ci maddələrində “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:
4.31-2.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən qeyri-hökumət təşkilatlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;
4.31-2.2. kommersiya hüquqi şəxslərinə və xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;
4.31-2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;”;
3.1.8. 4.44-cü bənd aşağıdakı redaksiyada verilsin:
“4.44. həmin Məcəllənin 555.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;”;
3.2. 5-ci hissə üzrə:
3.2.1. 5.1-ci bəndə “327.1–327.7,” rəqəmlərindən sonra “327-1.1,” rəqəmləri əlavə edilsin;
3.2.2. 5.4-cü bənddə “469.2-ci” sözləri “469-1-ci” sözləri ilə əvəz edilsin;
3.2.3. 5.25-ci bənddə “279–282-ci” sözləri “279.1 və 280–282-ci” sözləri ilə əvəz edilsin;
3.2.4. 5.26-cı bənddən “293, 294, 295.1–295.5, 296–299, 319.6, 320.6,” rəqəmləri çıxarılsın;
3.2.5. aşağıdakı məzmunda 5.26-1-ci bənd əlavə edilsin:
“5.26-1. həmin Məcəllənin 293, 294–294-5, 295.1–295.5, 295.8, 296–299, 319.6 və 320.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır;”;
3.2.6. 5.27-ci bənddə “300–305” rəqəmləri “300.2, 300.3, 301, 303, 305” rəqəmləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (Cild I); 2024, № 2, maddə 157, № 6 (I kitab), maddə 649, № 7, maddələr 806, 812, 814, № 8, maddə 948, № 12 (I kitab), maddələr 1294, 1295, (II kitab), maddə 1378; 2025, № 2, maddə 127; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 aprel tarixli 358 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.1-ci və 2.2-ci bəndlərə “327.1–327.7,” rəqəmlərindən sonra “327-1.1,” rəqəmləri əlavə edilsin;
4.2. 2.3-cü və 2.4-cü bəndlərə “327.1–327.5,” rəqəmlərindən sonra “327-1.1,” rəqəmləri əlavə edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765 (Cild I); 2024, № 4, maddə 381, № 6 (I kitab), maddə 649, № 7, maddələr 812, 814, 815, № 12 (I kitab), maddə 1294, (II kitab), maddə 1367; 2025, № 2, maddə 127; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli 356 nömrəli və 1 aprel tarixli 358 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1-ci hissəyə “351-1” rəqəmlərindən əvvəl “294-6,” rəqəmləri əlavə edilsin;
5.2. 15-ci hissəyə “221.1,” rəqəmlərindən sonra “221.1-1, 221.3-1,” rəqəmləri əlavə edilsin;
5.3. 24-1-ci hissədə “və 295.7-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;
5.4. 25-ci hissəyə “327.8,” rəqəmlərindən sonra “327-1.2, 327-1.3,” rəqəmləri əlavə edilsin;
5.5. 26-cı hissəyə “Məcəllənin” sözündən sonra “300.1, 302, 304,” rəqəmləri əlavə edilsin;
5.6. aşağıdakı məzmunda 36-1-ci hissə əlavə edilsin:
“36-1. Məcəllənin 403-1 və 403-2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
36-1.1. qeyri-hökumət təşkilatlarına və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 36.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
36-1.2. kommersiya hüquqi şəxslərinə və xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 32.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
36-1.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi adından – bu Siyahının 36.3-cü bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”;
5.7. 42-1-ci hissə, 42-1.1-ci və 42-1.2-ci bəndlər müvafiq olaraq 42-2-ci hissə, 42-2.1-ci və 42-2.2-ci bəndlər hesab olunsun və aşağıdakı məzmunda 42-1-ci hissə əlavə edilsin:
“42-1. Məcəllənin 428.12-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından – bu Siyahının 26-2.2-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər.”;
5.8. 61-ci hissədə “maddəsində” sözü “və 534-1-ci maddələrində” sözləri ilə əvəz edilsin.
6. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 938-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 avqust tarixli 2272 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1139 (Cild I) 1.1-ci bəndi ləğv edilsin.
7. Bu Fərmanın 3.2.3-cü yarımbəndi 60 Vt və daha yuxarı gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarına münasibətdə 2026-cı il iyulun 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2025-ci il