Qalib Bəşirov və başqalarından, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin 26 may 2025-ci il tarixində İsmayıllı şəhərində “Talıstan” liseyinin açılışında iştirakınız biz təhsil işçiləri üçün yalnız böyük sevinc deyil, həm də məsuliyyət dolu bir çağırış oldu. Bu tarixi gün Sizin təhsil sahəsinə göstərdiyiniz diqqət və qayğının yeni bir təcəssümü kimi yadda qalacaq. Xüsusi qürurla qeyd etmək istəyirik ki, bu lisey son beş ildə İsmayıllıda inşa edilən beşinci müasir təhsil müəssisəsidir. Bu uğurlar Sizin uzaqgörən rəhbərliyiniz və Heydər Əliyev Fondunun dəyərli dəstəyi sahəsində mümkün olmuşdur.
Cənab Prezident, Sizin və Mehriban xanımın təhsilin inkişafındakı xüsusi rolunu yüksək qiymətləndirir və dərin minnətdarlığımızı bildiririk. İsmayıllı təhsili ölkənin qabaqcıl göstəriciləri sırasındadır. Bundan sonra da biz gənc nəslin təhsil və tərbiyəsinin daha yüksək səviyyəyə çatdırılması üçün yorulmadan çalışacağımıza, bu sahədə əldə olunan nailiyyətləri yeni uğurlarla zənginləşdirmək üçün bütün qüvvəmizi səfərbər edəcəyimizə söz veririk. Sizin dəstəyiniz bizim üçün ən böyük stimuldur. Sizə və Mehriban xanıma uzun ömür, möhkəm cansağlığı və bu müqəddəs işinizdə daim uğurlar arzulayırıq.
İsmayıllı rayon təhsil işçiləri adından hörmətlə,
Qalib Bəşirov,
Rəşid Məmmədov,
Ramil Dadaşov,
Əsgər Manafov,
Musavəddin Kərimov.
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.