02 iyun 2025, 18:01

Gənclər adından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin diqqət və tükənməz qayğı ilə dolu olan rəhbərliyiniz sayəsində Azərbaycan gəncləri inkişaf səviyyəsinə və intellektual uğurlarına görə beynəlxalq miqyasda tanınmaqdadır. Hər bir ideya və planlarınızın reallaşmasında gəncliyin qüvvəsinə istinad etməyiniz bizi ürəkdən sevindirir, yeni uğurlara səfərbər edir. Gənclərə etibarınız, inamınız, onlar üçün yeni-yeni iş yerlərinin açılması gənclərə imkan verir ki, səadəti, xoşbəxtliyi, həyat fəaliyyəti imkanlarını Azərbaycanımızda tapsınlar.

Bu günlərdə İsmayıllının Topçu kəndində “Azerbaijan Coca-Cola Bottlers” kimi müasir istehsal müəssisəsinin açılması rayon gənclərinə böyük hədiyyə oldu. Onlarla gənc burada işə qəbul edildi. Bu, biz gəncləri ürəkdən sevindirir.

Minnətdarlıqla bildiririk ki, bütün sərəncam, tapşırıq, göstəriş və tövsiyyələrinizin icrasında İsmayıllı gəncləri Sizinlədir, səfərbərdir.

Gənclik eşqi ilə daim var olasınız, əziz Prezident!

İsmayıllı gəncləri adından hörmətlə,

Taleh Salehov,

Ülvi Osmanlı,

Samir Rəcəbov

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.