Dövlətlərarası Aviasiya Şurasının prezidenti Tatyana Anodinadan

30 may 2025, 13:27

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu tarixi gün zəngin mədəni irs, müstəqillik səyləri, ləyaqət əsasında müasir suveren dövlət qurmuş Azərbaycan xalqının azadlıqsevərliyinin, uzaqgörənliyinin və dəyanətinin təcəssümüdür.

Azərbaycan Sizin rəhbərliyinizlə regional sabitliyə sanballı töhfə verməyə və dinamik inkişaf yolu ilə beynəlxalq əlaqələrini genişləndirməyə davam edir.

Bu əlamətdar bayram münasibətilə Azərbaycanın bütün vətəndaşlarına davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

 

Tatyana Anodina

Dövlətlərarası Aviasiya Şurasının prezidenti