“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

30 may 2025, 13:23

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan Sizi və doğma Azərbaycan xalqını müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən böyük şərəf duyuram.

Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı arzu və vəsiyyətlərini həyata keçirmək istiqamətində yürütdüyünüz siyasət nəticəsində doğma Azərbaycanımızın ardıcıl şəkildə inkişafı, dünya ölkələri arasında tutduğu layiqli yer bizi olduqca fərəhləndirir. Sizin rəhbərliyinizlə qazanılan zəfərlər ata vəsiyyətinin yerinə yetirilməsinin əməli təsdiqidir. Uzaqgörənliyi və müdrik rəhbərliyi ilə Azərbaycanı uğur və tərəqqi yoluna çıxarmış Ümummilli Liderimizin anadan olmasının 102 illiyi münasibətilə xatirəsinə dərin ehtiram olaraq mənim Ukraynada işıq üzü görmüş “Отец нации” (“Millət atası”) adlı monoqrafiyamın Ukrayna və Azərbaycan Milli Elmlər akademiyalarında, digər ictimai-siyasi dairələrdə təqdimatı Ulu Öndərə hörmət və məhəbbətimizin növbəti təzahürüdür.

Cənab Prezident, Azərbaycanımızın müasir dövrdə dövlət quruculuğu sahəsində əldə etdiyi təcrübəni, eləcə də ölkənin siyasi, iqtisadi, mədəni əməkdaşlığının inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, uzun ömür,
ali dövləti fəaliyyətinizdə zəfər dolu yeni uğurlar, Azərbaycan xalqına daim firavanlıq və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

 

Arif Quliyev

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri,

hüquq elmləri doktoru, professor, diplomat, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki