İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

30 may 2025, 10:32
İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edib.

Söhbət zamanı dövlətimizin başçısının Mixael Harmsla, həmçinin Almaniya biznes dairələri və şirkətlərinin nümayəndələri ilə görüşləri məmnunluqla xatırlandı, Almaniya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin, o cümlədən iqtisadi sahədə əlaqələrimizin genişlənməsində rolu vurğulandı.

Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari sahədə əməkdaşlığın inkişaf etdiyi bildirildi.

Mixael Harmsın ölkəmizə səfərinin səmərəli olacağına və iqtisadi əməkdaşlıqla bağlı gündəliyimizin müzakirəsi üçün yaxşı imkan yaradacağına ümidvarlıq ifadə edildi.

Qonaq bu gün qarşılıqlı iqtisadi layihələrlə bağlı AZPROMO ilə “Yol xəritəsi”nin imzalanacağını qeyd edərək, bu məsələdə Azərbaycan Prezidentinin siyasi dəstəyini vurğuladı.

Görüşdə Azərbaycanda mövcud olan əlverişli investisiya şəraitinə toxunularaq, bu xüsusda alman iş adamlarının ölkəmizə sərmayə yatırmaları qeyd edildi və iqtisadi əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55