30 may 2025, 14:10

Rəşid Məmmədovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Zati-alinizin rayonumuza növbəti səfəri rayon əhalisi arasında bayram əhval- ruhiyyəsi yaratmışdır. Siz hər gəlişinizdə yeni obyektlərin açılışını etməyiniz rayonumuza verdiyiniz ən böyük töhfələrdən biridir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşdirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa edilən internat tipli "Talıstan” liseyinin açılışı təhsil ictimaiyyəti tərəfindən qürur və minnətdarlıq hissi ilə qarşılandı.

Xalqımızın və dövlətimizin inkişafı yolunda Sizə və Mehriban xanım Əliyevaya yorulmazlıq, güc-qüvvət arzulayırıq.

İsmayıllı rayon təhsil ictimaiyyəti adından dərin hörmət və böyük ehtiramla,

Məmmədov Rəşid Azər oğlu

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.