29 may 2025, 17:40

Azər Məmmədov və başqalarından, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

İsmayıllı rayonunun Topçu və Buynuz kənd sakinləri olaraq, yolumuzun müasir üslubda yenilənməsi və Topçu kəndində “Azerbaijan Coca-Cola Bottlers” kimi böyük istehsal müəssisəsinin tikilərək istifadəyə verilməsi bizə dərin sevinc və qürur hissi yaşadır. Bu möhtəşəm layihələr ölkəmizin inkişafına böyük təkan verir və həm də sakinlərin məşğulluğunu artıraraq sosial rifahın yüksəlməsinə böyük töhfələr verir.

Sizin uzaqgörən rəhbərliyiniz və ölkəmizdə həyata keçirdiyiniz irimiqyaslı inkişaf proqramları nəticəsində bölgəmiz daha gözəl gələcəyə doğru inamla irəliləyir. Sizə möhkəm can sağlığı, uzun ömür və bu müqəddəs missiyanızda daim uğurlar arzulayırıq.

Hörmətlə,

Məmmədov Azər Həkim oğlu,

Mursalov Şamil Kamil oğlu,

Şiralıyev Əfqan Zabit oğlu,

Yaralıyev Müşfiq Saməddin oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Topçu kəndi.