Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostindən

29 may 2025, 13:07

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

“VTB Bank”ın İdarə Heyəti və kollektivi adından Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycanın daxili və xarici siyasətdə böyük uğurları, sanballı beynəlxalq nüfuzu respublikanı regionda və bütövlükdə Avrasiyada lider mövqeyinə çıxarıb.

Rusiyada Azərbaycanın dövlət rəhbərliyinin ikitərəfli müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə və əsrlər boyu davam edən mehriban qonşuluq, işgüzar və tərəfdaşlıq münasibətlərinin, o cümlədən dost xalqlarımızın rifahı naminə ticarət və maliyyə sahəsində əlaqələrin gələcək inkişafına yönəlmiş səylərini yüksək qiymətləndirirlər.

Bu bayram münasibətilə Sizə Azərbaycanın daha böyük tərəqqisi naminə ən xoş arzularımızı bildirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı və əmin-amanlıq, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, planlarınızı həyata keçirmək üçün tükənməz enerji arzulayıram.

Dərin hörmətlə,

 

Andrey Kostin

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin

prezidenti - İdarə Heyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55