Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoydan

29 may 2025, 13:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan müstəqillik illərində dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması və ölkənin beynəlxalq arenada nüfuzunun artırılması istiqamətində böyük tərəqqi əldə edib.

Möhtərəm cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı və ölkənin rifahı naminə uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, sabitlik və tərəqqi arzulayım.

Hörmətlə,

 

Oleq Storçevoy

Dövlətlərarası Aviasiya Komitəsinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55