Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycan Respublikasına və onun xalqına Allah-Taaladan daha böyük tərəqqi və firavanlıq diləyirik.
Misir-Azərbaycan Dostluq Cəmiyyəti Misir və Azərbaycan xalqları arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi üçün maksimum səy göstərir.
Qoy doğma Azərbaycan Respublikası Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə daim inkişaf etsin və daha da firavanlaşsın!
Cənab Prezident, ən xoş arzularımızı və yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik.
Dərin hörmətlə,
Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvləri:
Əli Cümə
Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər komitəsinin sədri, professor;
Usamə əl-Əbd
Misir parlamentinin Dini işlər və vəqflər komitəsi sədrinin müavini, professor;
Əl-Seyyid Mahmud əl-Şərif
Seyyidlər Həmkarlar İttifaqının sədri, Misir parlamenti sədrinin sabiq birinci müavini;
Yusif əl-Şərqavi
Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri;
Adil Dərviş
Misirin Helvan Universitetinin professoru, Misir Mədəniyyət Mərkəzinin Azərbaycandakı keçmiş direktoru;
Bağdadi İmam
Misir Ərəb Respublikası Ali Təhsil Nazirliyinin baş direktoru;
Tövhid Məhəmməd
Misirin əl-Xeyir Fondunun hüquqi işlər üzrə direktoru, müşavir, vəkil;
Midhət Camal
Misirin əl-Xeyir Fondunda "İbn əs-Səbil" layihəsinin rəhbəri, general;
Sabir Həsən
Ali Mədəniyyət Şurasının üzvü;
Mona Zidan
Helvan Universitetinin professoru;
Əhməd Əbdu Tarabek
Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı və jurnalist;
Mustafa Hicazi
"Orange" şirkətinin baş direktoru;
Seymur Nəsirov
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin və Misirdəki Azərbaycan diasporunun sədri.