16:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə prezidentlərinə görülən işlər barədə məlumat verib.
Dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur.
Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq.
Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır.
Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək.
Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanınadək hazırda mövcud yol üzrə məsafə 65 kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verə









Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 15 oktyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Rəqəmsal rabitə” informasiya sisteminin (bundan sonra – RRİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir...
15 oktyabr 2026, 11:56Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, telekommunikasiya və poçt rabitəsi sahələrində inzibatçılığın və istifadəçi məmnunluğu səviyyəsinin artırılmasını və göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təmin etmək mə...
15 oktyabr 2026, 11:54