Məlahət Bağırova və Atta Mohi Ud Dindən, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident!
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi siyasət bu gün Ulu Öndərin layiqli davamçısı olaraq Sizin tərəfinizdən uğurla davam etdirilir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, inkişafı, dünya dövlətləri arasında siyasi nüfuzunun artması istiqamətində gördüyünüz işlərin miqyası böyükdür. Bu işlər xalqımız tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Xüsusilə ölkə vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz layihələr, atdığınız uğurlu addımlar təqdirəlayiqdir.
Əziz Prezidentimiz!
Mən bir Azərbaycan qadını kimi həm öz adımdan, həm də həyat yoldaşım Atta Mohi Ud Din adından ailəmizə göstərdiyiniz diqqət, qayğı, dəstək və köməyinizə görə Sizə sonsuz minnətdarlıq hissi ilə təşəkürümüzü bildirirəm. Sizə möhkəm cansağlığı, çətin, şərəfli işinizdə daim uğurlar arzulayırıq. Biz Sizinlə qürur duyur, fəxr edirik ki, Sizin kimi dövlət başçımız var.
Tanrı Sizi, ailənizi, sevdiklərinizi qorusun. Amin!
Hörmətlə,
Bağırova Məlahət Rəhim qızı və həyat yoldaşı Atta Mohi Ud Din
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.