Ceyhun Abasovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin sayənizdə Azərbaycanda sosial-iqtisadi siyasət düzgün qurulmuşdur. Bunu həmin sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Sizin hər bir vətəndaşa, xüsusən də şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyiniz qayğı, onların sosial problemlərinin həlli istiqamətində gördüyünüz işlər nümunəvi xarakter daşıyır. Ölkəmizdə vətəndaşların sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır.
Cənab Prezident, Sizi hər zaman dəstəkləyir və hər an yanınızdayıq. Sizdən çox razıyıq, çünki hər zaman vətəndaşların qeydinə qalır, ölkəmizin inkişafı, xalqımızın rifahının yaxşılaşması üçün bütün gücünüzlə çalışırsınız.
Sizə bu yolda uğurlar arzulayıram.
Hörmətlə,
Abasov Ceyhun Əzizağa oğlu.
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.