Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən, Baş nazirin müavini və təhsil naziri Li Cu Hodan

27 may 2025, 11:38

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin daha da inkişaf edəcəyinə və xalqlarımız arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə ümid edirəm.

Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı rifah arzu edirəm.

Hörmətlə,

 

Li Cu Ho

Koreya Respublikası Prezidentinin səlahiyyətlərini icra edən,

Baş nazirin müavini və təhsil naziri