26 may 2025, 15:31

Zamir Məmmədovdan, Şamaxı, Azərbaycan

Çox hörmətli Mehriban xanım.

Sizə dərin hörmət və minnətdarlıq hisslərimi ifadə etmək istərdim. Sizin fəaliyyətiniz, gördüyünüz işlər, xüsusilə Azərbaycan xalqının rifahının daha da yaxşılaşdırılması və milli dəyərlərimizin qorunması istiqamətində göstərdiyiniz səylər, eləcə də sağlamlıq imkanları məhdud uşaqlara, digər həssas qruplardan olan insanlara diqqət və qayğınız hər zaman yüksək qiymətə layiqdir. Sizin rəhbərliyinizlə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən sosial, mədəni və humanitar layihələr təkcə ölkəmizin daxilində deyil, beynəlxalq miqyasda da böyük əhəmiyyət daşıyır. Fondun təhsilə, səhiyyəyə və mədəni irsə yönəlmiş proqramları, eləcə də xeyriyyəçilik fəaliyyətləriniz Azərbaycan xalqının ürəyində xüsusi yer tutur. Eyni zamanda, Prezidentimiz cənab İlham Əliyevə göstərdiyiniz dəstək və onun liderliyindəki böyük missiyanı layiqincə tamamlamanız Azərbaycan xanımına xas olan nümunədir.

Siz, həqiqətən də, əsl Azərbaycan xanımı olaraq ölkəmizi bütün dünyada şərəflə təmsil edirsiniz. Görülən işlər və qazanılan nailiyyətlər Azərbaycan xalqının gələcəyinə olan inamımızı daha da möhkəmləndirir. Azərbaycan xalqı üçün gördüyünüz bütün işlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Keçdiyiniz bu şərəfli həyat yolunda Sizə uğurlar arzu edirəm. Allah Sizi qorusun, Sizə uzun ömür, sağlam can, ailə xoşbəxtliyi arzu edirəm.

Hörmətlə,

Məmmədov Zamir Abas oğlu

Azərbaycan Respublikası, Şamaxı şəhəri.