27 may 2025, 16:30

Elnarə Rəhimova və Aynur Vəliyevadan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident!

Doğma Azərbaycanımızın hərtərəfli inkişafı yolunda göstərdiyiniz səmərəli fəaliyyətinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Bu gün Odlar Yurdunun hər səmti tərəqqidə, inkişafdadır. Bizim yaşadığımız Goranboyda və ona qonşu olan şəhər və rayonlarda da bunu görmək mümkündür. Xüsusilə, son vaxtlar Gəncədə yeni bir canlanma müşahidə olunur. Bu şəhərlə sıx əlaqələrimiz olduğu üçün ora tez-tez gedib-gəlirik və hər səfərimizdə yeniliyin şahidi oluruq. Bu il ölkəmizdə keçirilməsi nəzərdə tutulan III MDB Oyunları üçün əsas mərkəzin Gəncə şəhəri seçilməsi strateji və önəmli addımdır. MDB idman yarışlarının Gəncədə keçirilməsi şəhərin beynəlxalq səviyyədə tanınmasına, onun turizm və idman potensialının üzə çıxarılmasına əhəmiyyətli töhfə verəcəkdir. Beynəlxalq miqyaslı tədbirin Gəncədə keçirilməsi şəhərin müasir idman infrastrukturu, qonaqpərvər əhalisi və zəngin tarixi ilə ideal ev sahibi ola biləcəyini göstərir.

Cənab Prezident, əminik ki, Sizin rəhbərliyiniz altında ümumilikdə Azərbaycan gələcəkdə də mədəni, iqtisadi və sosial baxımdan inkişaf edəcək, öz nüfuzunu daha da artıracaqdır. Hər zaman Sizinləyik.

Hörmətlə,

Elnarə Rəhimova və Aynur Vəliyeva

Azərbaycan Respublikası, Goranboy rayonu.