27 may 2025, 17:40

Təranə İsgəndərova və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Xalqımızın güzəranının yaxşılaşdırılması, firavan yaşaması, Qarabağda, eləcə də digər regionlarda görülən abadlıq-quruculuq işləri Sizin apardığınız məqsədyönlü siyasətin, qətiyyətin nəticəsidir.

Azərbaycanın regionlarının inkişafını hər zaman diqqətdə saxlamağınız hər zaman təqdir olunur. Üçüncü MDB Oyunlarının əsas hissəsinin qədim tarixə malik Gəncə şəhərində keçirilməsi ilə əlaqədar burada genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Bu barədə göstəriş verdiyinizə görə Sizə öz adımdan və Gəncə şəhər sakinləri adından dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, Sizi əmin edirik ki, gəncəlilər siyasətinizi daim dəstəkləyir və Sizdən razılıq edirlər. Uğurlara doğru daim birgə addımlayaq!

Hörmətlə,

Təranə İsgəndərova,

Kəmalə Aslanova,

Adilə Həsənova,

Könül Əkbərova,

Ruqiyyə Məmmədbəyli,

Məmməd Əlizadə,

Qurban Adıgözəlov

Azərbaycan Respublikası, Gəncə şəhəri.