Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən

26 may 2025, 11:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Əlamətdar bayram – ölkənizin müstəqilliyinin 107-ci ildönümü münasibətilə Zati-alinizə, hörmətli ailənizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu mühüm bayram Cümhuriyyətin yaradılmasının qeyd olunması ilə yanaşı, xalqın zəngin irsi və heyrətamiz tərəqqisi ilə də səciyyələnir.

Əminəm ki, Zati-alinizin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Respublikası sülh, firavanlıq və sürətli inkişaf yolunda irəliləməkdə davam edəcəkdir.

Qoy Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik dostluq münasibətləri və genişlənən əlaqələr bundan sonra da xalqlarımıza qarşılıqlı fayda gətirərək inkişaf etsin və möhkəmlənsin!

Hörmətlə,

 

Əlahəzrət Sultan İbrahim

Malayziyanın Kralı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55