“İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

26 may 2025, 09:56

Hörmətli konfrans iştirakçıları,

Sizi “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda salamlayıram.

Bugünkü konfrans BMT tərəfindən “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü”nün təsis olunmasının üçüncü ildönümünə həsr olunub. Ölkəmizdə artıq ənənəvi olaraq təşkil edilən bu vacib tədbir bəşəriyyəti narahat edən islamofobiya probleminə diqqətin artırılmasına xidmət edir.

Azərbaycan islamofobiya ilə mübarizəyə dair BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnamələri alqışlayır və sənədlərdə qeyd olunan tədbirlərin təxirəsalınmaz qaydada həyata keçirilməsinə çağırış edir.

Təəssüflər olsun ki, islamofobiya son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik xarakter almağa başlamışdır. Hazırda bu mənfi tendensiya hər hansı konkret ölkədə deyil, dünyanın bir çox yerlərində müşahidə olunur. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, anti-islam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir.

İslamofobiya müxtəlif formalarda, o cümlədən gündəlik həyatda müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik, nifrət nitqi, fiziki hücumlar, media və sosial media platformalarında stiqmatizasiya, institusional diskriminasiya və digər formalarda təzahür edir. Bu cür ədalətsiz və qərəzli münasibət müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaradır.

Vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımları törədən, indi isə özlərini insan hüquqlarının keşiyində duran demokratik ölkələr qismində təqdim edən bəzi ölkələrdə bu gün islamofobiya bir növ dövlət siyasətinə çevrilmişdir. Bu ölkələrdə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır.

Eyni zamanda, Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən hərəkətlər, müqəddəs Qurani-Kərimin yandırılması, məscidlərə və ibadət yerlərinə qarşı hücumlar, müsəlman qəbiristanlıqlarının vandalizmə məruz qalması və digər hərəkətlər müsəlmanların hisslərini təhqir etməyə yönəlmiş və sayı getdikcə artan anti-müsəlman hadisələri sırasındadır. “Söz azadlığı” adı altında İslam dininə və müsəlmanlara qarşı hücumlar qəbuledilməzdir.

Məyusedici haldır ki, islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir. İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər.

İslamofobiyanın yayılmasına təkan verən digər faktorlardan biri də ictimai rəyin formalaşdırılmasında və müsəlmanların mənfi obrazının yaradılmasında dağıdıcı rolu olan bəzi media orqanlarının fəaliyyətidir. Bu media qurumları məqsədyönlü şəkildə ekstremizm, terrorizm və bu kimi anlayışları İslamla eyniləşdirərək dinimizə qarşı qərəzli təsəvvür yaradır, dinimizi təhlükə mənbəyi kimi aşılayır və ona terror damğası vurmağa çalışırlar. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında mövcud problemləri İslam və müsəlmanlarla əlaqələndirərək cəmiyyətdə etimadsızlıq və qorxu hisslərini alovlandırırlar.

Azərbaycan islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın otuzillik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilmiş, etnik təmizləmə aparılmış və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınmışdır. Ərazilərimizdə milyona yaxın mina basdırılmış, urbisid, kultursid və ekosid cinayətləri törədilmişdir. Ancaq, əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar.

İşğal dövründə bəşəri əhəmiyyətə malik çoxəsrlik tarixi-mədəni abidələrimiz, o cümlədən İslam dininə aid abidələr, ziyarətgahlar, məscidlər, türbələr, məzarlıqlar dağıdılmış, təhqir edilmiş, yerlə-yeksan edilmişdir. Bir sıra mədəni irs obyektləri qarət edilmiş, onların təyinatı dəyişdirilmiş, mənsubiyyəti saxtalaşdırılmışdır. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış məscidlərimiz və dini abidələrimiz bərpa edilir, yeniləri inşa edilir.

Əfsuslar olsun ki, soydaşlarımızın qovulduğu və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda da xalqımızın zəngin maddi-mənəvi irsini şüurlu və planlı şəkildə tamamilə məhv etmək və ya saxtalaşdırmaq, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti aparılır.

Bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan qazılığının fəaliyyətinin bərpası barədə qərarın qəbul edilməsi tarixi ədalətin təmin olunması, Qərbi Azərbaycanda yerləşən mədəni və dini-mənəvi irsimizin məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan vacib addımdır.

Məhdud sayda monoetnik ölkə istisna olmaqla, dünya ölkələrinin əksəriyyəti çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdən ibarətdir. Bunu nəzərə alaraq müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində yaşaması ölkədə vətəndaş sülhü və vətəndaş həmrəyliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu sahədə müsbət təcrübəsi bir sıra ölkələr üçün örnək ola bilər.

İslam dünyasının ayrılmaz parçası olan Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələrinin tarix boyu qardaşlıq və dostluq şəraitində yaşadığı ölkədir. Bu cür nümunəvi münasibətlərin təşəkkülündə və inkişafında ümumbəşəri dəyərlərin daşıyıcısı kimi İslam dini müstəsna rol oynamışdır. Azərbaycan xalqı bu gün də özünün zəngin tolerantlıq və multikulturalizm ənənələrini qoruyur, sivilizasiyalararası dialoqa, İslam həmrəyliyinə öz töhfələrini verir, İslam dəyərlərinin dünyada təbliği istiqamətində ciddi addımlar atır.

İslam sülh, həmrəylik və mərhəmət dinidir. Ona qarşı aparılan qarayaxma kampaniyalarına baxmayaraq, İslam yüksək əxlaqi dəyərləri, ədaləti, xeyirxahlığı təcəssüm etdirən və milyardlarla insan üçün mənəvi dayaq və bələdçi rolunu oynayan din olaraq qalmağa davam edir.

Hazırkı qlobal çağırışlar və böhranlar, İslam dünyasının üzləşdiyi yeni sınaqlar və çətinliklər, habelə islamofobiya meyillərinin artması, dinimizi gözdən salmaq cəhdləri müsəlman ölkələri arasında həmrəyliyin və birliyin möhkəmləndirilməsini, qarşılıqlı dəstəyin göstərilməsini olduqca labüd edir. Bütün müsəlman dünyasını narahat edən islamofobiya ilə mübarizə aparmaq üçün vahid cəbhədən çıxış etmək, bu ədalətsizliyə və zərərli təmayüllərə etiraz səsimizi birgə ucaltmaq lazımdır.

Konfransın işinə uğurlar diləyir və onun islamofobiya ilə mübarizəyə, İslam dini ilə bağlı qərəzin aşkara çıxarılması və stiqmaların dağıdılması işinə dəyərli töhfə verəcəyinə dair əminliyimi ifadə edirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2025-ci il

SƏNƏDLƏR Sərəncamlar 06 avqust 2026
13:32
F.N.İsmayılovun Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                            

Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında...

06 avqust 2026, 13:32
SƏNƏDLƏR Sərəncamlar 06 avqust 2026
13:31
E.T.Abdullayevin Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                         

Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi...

06 avqust 2026, 13:31
SƏNƏDLƏR Sərəncamlar 06 avqust 2026
13:30
F.N.İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                    

Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında...

06 avqust 2026, 13:30
SƏNƏDLƏR Fərmanlar 06 avqust 2026
13:06
Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 382 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nın təsdiqi haqqında” 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli, “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 18 dekabr tarixli 410 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...

06 avqust 2026, 13:06
SƏNƏDLƏR Fərmanlar 06 avqust 2026
13:05
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında” 2021-ci il 27 aprel tarixli 1326 nömrəli, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 2025-ci il 15 yanvar tarixli 286 nömrəli fərmanlarında və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2008-ci il 16 aprel tarixli 2761 nömrəli, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” 2014-cü il 10 yanvar tarixli 213 nömrəli və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan...

06 avqust 2026, 13:05
SƏNƏDLƏR Fərmanlar 06 avqust 2026
12:57
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 446-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli...

06 avqust 2026, 12:57
SƏNƏDLƏR Fərmanlar 05 avqust 2026
13:06
Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 2007-ci il 6 iyun tarixli 586 nömrəli və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”nin təsdiqi və “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2020-ci il 12 may tarixli 1017 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

05 avqust 2026, 13:06
SƏNƏDLƏR Fərmanlar 05 avqust 2026
13:05
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”...

05 avqust 2026, 13:05
SƏNƏDLƏR Qanunlar 05 avqust 2026
13:04
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 14-cü, 17-ci və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar...

05 avqust 2026, 13:04
SƏNƏDLƏR Fərmanlar 04 avqust 2026
13:19
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 424-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli...

04 avqust 2026, 13:19