Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

23 may 2025, 16:24

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizə öz ehtiramımı ifadə edim və 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.

Bu bayram Azərbaycan Respublikasının öz ölkəsini sevən, onun tarixini və ənənələrini əziz tutan, daha gözəl gələcək naminə çalışan bütün sakinlərini birləşdirir.

Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və doğma ölkənin rifahı naminə quruculuq fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə həmişə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və belə olaraq qalır.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq əlaqələrini yüksək qiymətləndirirəm və regionumuzla çoxplanlı qarşılıqlı faydalı təmasların möhkəmləndirilməsinə verdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

 

İqor Babuşkin

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55